Əlaqə Arxiv
news Image
2013.04.26
16:00
| A A A
İnkar etsə də "Dünya gözəli seçildi"
Movqe.az xəbər verir ki, "People" jurnalı, aktrisa 40 yaşlı Qvinet Paltronu "Dünyanın ən gözəl qadını" seçib. Jurnalın 150-dən çox aktyor, müğənni və modelə yer verdiyi "2013-cü ilin "Ən Gözəl Qadınları" siyahısında bir nömrəni, İngilis rok qrupu "Coldplay"in solisti Kris Martin və iki uşağı ilə xoşbəxt bir həyat sürən Paltrou alıb. ABŞ-lı məşhur aktrisanın reaksiyası isə, "Bunun doğru olmadığı məlumdur" sözləri olub. Ötən gün son filmi "Dəmir Adam 3" ün Los Ancelesdəki qala gecəsinə qatılan məşhur aktrisa, "Bu cür şeylər çox əyləncəlidir. İki uşaqlı bir qadının 21 yaşında bir qız kimi "dünyanın ən gözəli elan edilməsi" təqdirəlayiqdir. Çox qürurlandım "deyə bildirib. Paltronun rol yoldaşı Qay Pirs isə, "Məncə tamamilə doğrudur. Göz qamaşdırıcı bir gözəlliyi var "deyə bildirib.
Sizin Reklam Yeriniz