Əlaqə Arxiv
news Image
2012.05.02
15:23
| A A A
Hansı şairə bəstəkara məsləhət verib? – FOTO
Bir çox populyar mahnıların söz müəllifi, şairə Leyli İsrafilova bəsətəkar-müğənni Pərviz Mahmudov haqqında fikirlərini paylaşıb

Movqe.Az xəbər portalının məlumatına görə, L.İsrafilova, P.Mahmudovun "Facebook" sosial şəbəkəsindəki səhifəsində bəstəkarın iş prinsipi ilə bağlı fikirlərini və iradlarını qeyd edib. Şairə qeydlərini kinayəli və satirik yazıb ki, bunu da şairənin yazdığı qeydlərlə tanış olarkən təbəssüm işarəsindən çox istifadə edilməsi olub. O, bəstəkara həm dəstək olur, həm də onun bəstələri haqqında danışılan neqativ söz-söhbətlərə münasibətini bildirib.


Əvvəlcədən onu qeyd edək ki, hamını nəzərə alaraq qeydlərdə korrektə düzəlişlər etmişik. 

"Oxu bunu!!! Pərviz Mahmudov sən çox gözəl bəstəkarsan. Hakan da super aranjemançıdır. Mahnılar və aranjemanlar biri-birindən gözəldir. Amma bəzilərinin gözləri kor və qulaqları kardır. Canlı alətləri semplla ayıra bilməyən goreşənlər də var... Bəstəkarlığın nə olduğunu bilməyən, intervalların sayını, adlarını, o cümlədən ladları, skripka və bas açarını, notların arasındakı pauzaları, 8-lik, 16-lıq, bütöv, çərək notları, notların latın dilində adlarını (musiqi terminindəki adları), major və minorun adlarını bilməyənlər, tanımayanlar var. Ha ha ha ha!... Ah, az qalsın yadımdan çıxmışdı, canım-mənim, mahnını yazanda qiymətini sən qoyma, okey?! Onsuz da həmin qiyməti yeni mini-müğənnilər, ya da onların maksi-prodüserləri qoyacaq... Həm sənin yerinə, həm də bizim yerimizə. Hələ biraz da diqqətli ol, yaxşı? Birdən deyələr ki, "mahnını yola vermisən, aranjemanı da, sözləri də...". Fikir vermə, gəl, bunu sənə başa salım. Əgər kimsə bu sözləri desə, deməli həmin adamın yanında işi buran kimsə var, ya da ki başqa adamdan mahnı alıb, yəni qiyməti səndən ucuz birinin mahnısını almaq istəyir. Sənə verdiyi pulu, mahnıya ve aranjemana xərcləmək istəyir... Deyirəm, işə bax ay Perviz! Sənin bir mahnının qiyməti, başqasının həm aranjemanının, həm də musiqisinin və sözlərinin ümumi qiymətidir. Ha ha ha ha ha ha ha ha ha ha ha!...", - şairə L.İsrafilova yazıb. 

Qeyd edək ki, Pərviz Mahmudovun bəstələdiyi mahnıların əksəriyyətinin söz müəllifi məhz Leyli İsrafilovadır. 

Fuad Mədətov

Movqe.Az




Sizin Reklam Yeriniz