news Image
2013.04.30
13:35
| A A A
Məşhur ulduz psixi xəstəliklər mərkəzinə aparılıb

Movqe.az xəbər verir ki, Oskar mükafatlı məşhur aktrisa Katherine Zeta-Cons, psixi xəstəliklər mərkəzinə yatırılıb. Meneceri Cece Yorke, "People" jurnalına etdiyi şərhdə, 43 yaşındakı məşhur aktrisanın xəstəliyinin nəzarət altında tutulması üçün vaxtaşırı ağıl və ruhi sağlamlıq mərkəzinə müraciət etdiyini söyləyib. TMZ saytı isə məşhur aktrisanın 30 günlük bir müalicə proqramında iştirak edəcəyini yazıb. Zeta-Cons 2011-ci ildə də "Connecticut"dakı bir mərkəzdə yataraq müalicə görmüşdü. İngilis əslli Zeta-Cons 2002-ci ildə "Chicago" musiqili proqramındakı performansı ilə "Ən Yaxşı Köməkçi Qadın Aktrisa" Oskar mükafatilə yanaşı, BAFTA mükafatına da layiq görülmüşdü. 2000-ci ildən bu yana məşhur oyunçu Maykl Douqlas ilə evli olan Zeta-Copnsun iki uşağı var.