Əlaqə Arxiv
news Image
2019.01.31
12:49
| A A A
Xanımı “Polad Ələmdar”a xəyanət etdi, cütlük boşanır

Tanınmış aktyor Necati Şaşmaz yeddi illik evlilikdən sonra həyat yoldaşından boşanır.

Movqe.az Hürriyet-ə istinadən xəbər verir ki, aktyorun mediaya açıqlama verən vəkili qalmaqallı boşanma müddətinin başladığını elan edib.

Onun sözlərinə görə, boşanma ərizəsini ilk olaraq Necati Şaşmaz yazıb. O, övladlarını Almaniya vətəndaşı olan xanımının himayəsini vermək istəmir.

Bundan başqa, aktyor 10 milyon lirə təzminat tələb edib. Vəkil Nagehan Şaşmazın “ağır hərəkətlərlə evliliyi sarsıdıb” deməsi ilə cəmiyyət arasında yaranmış xəyanət şayiələrini də təsdiqləmiş olub.

Qeyd edək ki, bir çox xəbər saytlarında Nagehan Şaşmazın Necati Şaşmaza xəyanət etməsi barədə xəbərlər yayılıb.

Necati Şaşmaz və Nagehan Şaşmazın bu evlilikdən iki övladı var.

Sizin Reklam Yeriniz