Əlaqə Arxiv
news Image
2019.02.02
21:48
| A A A
İlkin Həsənlini heç vaxt belə görməmisiniz - Foto

“Bozbash Pictures” komandasının ərsəyə gətirdiyi “Bombaltı” filmi martın 1-i təqdim olunacaq.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, təqdimata sayılı günlər qalarkən filmin rəsmi səhifəsindən ekran işi ilə bağlı fotolar paylaşılıb.

Fotolarda diqqətçəkən məqam isə bu dəfə aparıcı və aktyor İlkin Həsəninin əynində olan ətək, başqa sözlə şotlandların ənənəvi kişi geyimi olan “kilt”dir.

İlkin indiyədək fərqli və rəngli geyimlərdə tamaşaçı qarşısına çıxsa da, ilk dəfə belə libasla filmdə olacaq.

Qeyd edək ki, Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə əlaqələrinin əhəmiyyətli bir simvolu hesab edilir.

Sizin Reklam Yeriniz