news Image
2012.05.02
18:30
| A A A
Aygün ilə Üzeyirin dueti Röyaya qarşı yönəlib? - VİDEO
Sosial şəbəkə istifadəçələri məsələ ilə bağlı maraqlı versiya üzərində qalıblar

Movqe.Az xəbər verir ki, bu gün ATV telekanalında yayımlanan "Gün keçir" verilişində xalq artisti, məşhur müğənni Aygün Kazımova gənc ifaçı Üzeyir Mehdizadə ilə oxuduğu "Qoy bütün aləm bizdən danışsın" dueti tamaşaçılar üçün sürpriz olub.

Amma sosial şəbəkələrdə A.Kazımovanın bu addımı heç də bir mənalı qarşılanmayıb və bu barədə müxtəlif fikirlər yazılıb. Əsəsən xalq artistini qınayan sosial şəbəkə istifadəçələri ya satirik, ya da kinayəli fikirləri ilə hadisəni şərh ediblər. Sosial şəbəkə istifadəçələri məsələ ilə bağlı maraqlı versiya üzərində qalıblar. Onlar düşünürlər ki, A.Kazımovanın bu addımı məşhur müğənni Röya Ayxana qarşı yönəlib.

Belə ki, keçən il Ü.Mehdizadə "Mənə gəl" mahnısını Röyanın səsinə bənzəyən qızla duet oxuması, dinləyiciləri çaşdırmışdı. Çünki mahnını eşidənlər elə bilirdilər ki, Üzeyir ilə Röyanın duetidir. Əslində isə həmin röyasəsli xanım sonradan özünü göstərdi. Həmin xanım, Röyanın dəvəti ilə Röyanın solo konsertlərinin birində onunla eyni səhnədə çıxış etdilər. Bununla da çaşqınlıq yaradan məsələyə aydınlıq gətirildi. Amma o da məlumdur ki, Üzeyirin ifa etdiyi "Mənə gəl" mahnısı internet saytlarında ən çox yayılan və ən çox yüklənən mahnılardan biri idi.

Bu gün A.Kazımova ilə Ü.Mehdizadə dueti haqqında sosial şəbəkələrdə yazılan fikirlərdə hədəfdə Röyanın olduğu qeyd olunur. Sosial şəbəkə istifadəçiləri yazdıqları fikirlərində qeyd edirlər ki, Ü.Mehdizadə "Mənə gəl" mahnısını Röyanın səsinə bənzəyən qızla duet oxuması və həmin mahnının yüksək reytinq qazanması A.Kazımovanı bu addımı atmağına şərait yaradıb. Çünki sosial şəbəkə istifadəçiləri düşünürlər ki, Röyanın özü oxusaydı, bu mahnı reytinq siyahısında sərhəd tanımayacaqdır.

Nəticədə isə A.Kazımova yaradıcılıq fəaliyyəti dövründə yeni dueti ilə yenilik etdi ki, bu da tamaşaçıların yüksək marağına səbəb oldu.

Fuad Mədətov

Movqe.Az

 




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs