Əlaqə Arxiv
news Image
2019.02.14
17:59
| A A A
Emma: "Mənim Valentinim oğlumdur"

Müğənni Emma Ələkbərzadə oğlu ilə yeni fotosunu paylaşıb.

Movqe.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Sevgililər günü ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu günü yalnız oğlu ilə qeyd edir:

"Sevgililər günü... Bilirsiz, bu gün mənim dünyada bir "Valentinim" var: o da oğlum Daviddir. Bütün bayramlarımın bir hədiyyəsi var. Mənim Davidim. Bu hədiyyə hərdən əsəbimi korlayır və cavabını alır. Ayaqyoluna girməyə qoymur. 
Yatmazdan əvvəl bir milyon dəfə sevgisini etirf edir. Çünki yatmaq vaxtı olduğu deyilir. Bu hədiyyəyə görə evim içinə bomba qoyulmuş kimi havada uçur. O, mənim Allah tərəfindən verilən ən böyük hədiyyəmdir.

Ətirlər, bahalı əşyalar gəldi-gedərdir. Amma bu dəyəri olmayan ən bahalı hədiyədir".

Qeyd edək ki, E.Ələkbərzadənin bir müddət əvvəl boşanma xəbəri yayılmışdı. Buna səbəb sənətçi və həyat yoldaşı Emil bəyin uzun müddətdir birlikdə foto paylaşmamsı olub.

Sizin Reklam Yeriniz