Əlaqə Arxiv
news Image
2019.02.19
21:17
| A A A
“Anamın mənə görə satdığı üzüyü tapdım” - Göz yaşına boğulan Türkanın acı taleyi - (VİDEO/FOTO)

ARB TV-nin "Boş anlar" proqramının budəfəki qonağı müğənni Türkan Vəlizadə olub.

Movqe.az bildirir ki, o, çətin günlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

"O vaxt çətinlikdə olanda anam qızıllarını aparıb satdı. Bu yaxınlarda qızıl mağazasında mənim üçün satdığı üzüyü gördüm. Dedim ki, o üzüyü mənə çatdırın. Bacım evə çatan kimi anama deyib ki, Türkan üzüyü tapıb.

Anam dedi ki, xahiş edirəm ki, onu mənə alma. Pis oldum. Dedi ki, istəmirəm ki, o əziyyətli günlər təkrarlansın mənim üçün. O üzüyü görsəm, çətin günlərim yadıma düşəcək. Dedi ki, sən mənim üçün oğulsan. Atam da hər dəfə deyir ki, sən mənə görə oğulsan".

Sizin Reklam Yeriniz