Əlaqə Arxiv
news Image
2019.03.05
21:40
| A A A
Meyxanaçıların qalmaqalı: "Pul yerinə banan verirlər"

"Dedilər ki, Vüqar düz deyir? İntiqam qayıtdı ki, biz sənətin möhürünü vurmuşuq. Yüksək səsləndi, qorxdum. Ağasəlimlə meyxana demişəm. 45 yaşım var, 30 ildir sənətdəyəm. Camaat mənim meyxanalarımla pul qazanır. İntiqam "Davay dosvidaniya"dan başqa nə edib? Arxasın da gətirə bilmədiniz. Məclissiz qalmıram, hər dəfə toyum var. Heç mən orda İntiqamı görmürəm".

Movqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müyxanaçı Vüqar Əbdülov "5/5" verilişində deyib. Həmkarı İntiqam Rüstəmovla aralarında qalmaqal yaşanan Vüqar onun ünvanına sərt sözlər işlədib. 

İntiqamın da cavabı qarşı tərəfə gecikməyib. O, Vüqarın sözlərinə əhəmiyyət vermədiyini söyləyib:

"Harda oxuyurlar onun mahnısını? Şairə pul yerinə banan verirlər. Özü başa düşəcək nə deyirəm. Elə meyxanalardan uzağam. Vüqarı ilk dəfə Namiq Məna gətirdi yanıma ki, təzə başlayır. Biz elə o meyxana ilə çox şey etdik".

Qeyd edək ki, Vüqar meyxanaçıları birliyə səsləmiş, meyxana sənətinin yox olduğundan gileylənmişdi. Onun açıqlaması qalmaqal yaratmışdı. 

Sizin Reklam Yeriniz