news Image
2012.05.03
13:31
| A A A
Ağ və Qara teleaparıcılar yeniliklə qayıdırlar - FOTO
Tanınmış teleaparıcı Elcan Rəsulov və Xose Bernardo nə işlə məşğuldurlar?

Tanınmış teleaparıcı Elcan Rəsulov televiziyaya qayıdır. Movqe.Az xəbər portalının məlumatına görə, E.Rəsulov yeni telelayihə hazırlayıb. O, yeni layihəsində özü ilə yanaşı, tanınmış teleaparıcı Xose Bernardo ilə birgə aparıcılıq edəcəklərini söylədi: "Bir illik fasilədən sonra, yenidən nə isə bir layihə hazırlamaq qərarına gəldik. Əslində, çox layihə düşünüb hazırlaya bilərdik, amma mən həmişə tamaşaçıya maraqlı olan amilləri hazırlamaq fikirində olmuşam. Bu yaxınlarda digər telekanaldan olan həmkarım Xose Bernardo ilə birgə yeni layihə haqqında məsləhətləşdik. Demək olar ki, işlərimizin artıq son mərhələsindəyik. Tezliklə telekanallarımızın birində çox maraqlı, yay əhval-ruhiyyəsində olan bir layihə ilə tamaşaçıların gorüşünə gələcəyik. Sentyabr ayında isə elə tərəf müqabilimlə bir yerdə çox maraqlı tok-şou ilə tamaşaçılarımızı sevindirəcəyik. Düzdür, bu cür maraqlı və dinamik tok-şoulara sponsor tapmaq çətindir. Amma düşünürəm ki, bu işimizdə də bizə yardımçı olanlar tapılacaq və fikirimcə, teleməkanın mövsüm açılışına maraqlı bir rəng qatacağıq", - teleaparıcı dedi.

E.Rəsulov, televiziyadan ayrıldığı bir illik fasilə zamanı şahidi olduğu amillərdən danışdı: "Efirdən uzaqlaşdıq, dostlarımızın sayı da, salam verənlər də, zəng edənlər də azaldı. Demək olar ki, bir ildən çoxdur ki, efirdə deyilik. Lakin heç bir yerdən bir təklif də olsun gəlmədi. Efirdə olduğum 5 il müddətində az-çox tanınırdım, sevilirdim və təmsil etdiyim televiziyanın reytinq toplamasında az da olsa, rolum var idi. Çoxları efirdə görünmək xatirinə efirə çıxırsa, mən həmişə bu cür hallardan uzaq durmağa çalışmışam", - E.Rəsulov bildirdi.

Fuad Mədətov

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs