Əlaqə Arxiv
news Image
2012.05.03
16:03
| A A A
Hürrəm Sultanın ehtiraslı eşqi
“Bütün həyatın bir insan üzərinə qurulması bir az zərərlidir”

"Mənim çox böyük bir eşqim vardı və olduqca ehtiraslı bir eşq idi.Amma mən bir daha eşqi bu şəkildə yaşamaq istəmərəm. Çünki artıq sevgini daha fərqli görürəm. Bir əlaqədə olarkən onun gerçək sevgi olduğuna inanırsan, sonra dönüb baxırsan və görürsən ki, gerçək sevgi əslində azadlıq imiş. Təbii ki, ehtiras ola bilər, amma hər kimsə bir başqa kimsəninsə həyatına qarışmamalıdır. Bütün həyatın bir insan üzərinə qurulması bir az zərərlidir".

Movqe.Az xəbər verir ki, bu sözlər "Muhteşem Yüzyıl" serialından Hürrəm obrazı ilə tanınan Məryəm Uzerliyə məxsusudur. M.Uzerli Türkiyənin "İstanbul Life" jurnalına müsahibə verərkən belə deyib.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz