news Image
2019.03.12
15:51
| A A A
Sevda efirə çıxmağı vacib bilmir?

Movqe.az xəbər verir ki, əməkdar artisti Sevda Ələkbərzadə axşam.az-ın suallarını cavablandırıb.

Sənətçi öncə yeni klipi "Viranə"dən söz açıb:

"Mənə bu mahnını Cəmilin ifasında dostum göndərdi. Çox bəyəndim və oxumağa qərar verdim. O, çox istedadlı gənc musiqiçidir. Düzdür, biz bu mahnını maraqlı versiyada təqdim etdik. Əli Fərhad ekranlaşdırdı, fərqli də klip çəkdik. Stilist isə Elnur Həsənov idi".

Müğənni efirlərə çıxmamağının səbəbini də açıqlayıb:

"Nə vaxt ki, səviyyəlli və keyfiyyətli verilişlər çoxalacaq, o zaman efirə çıxacam".

"Düşünmürsünüz ki, efirə çıxmamağınız bayağı ifaçıların ekranlarda "at oynatmasına" yol açır" sualına isə Ələkbərzadə belə cavab verib:

"İndi artıq internet zamanıdır. Efirə çıxmayan insanlar belə, həmin vasitəylə populyar olurlar. Ona görə bu, elə də vacib deyil. Əsas odur ki, efirə çıxan musiqiçi peşəkar olsun ki, tamaşaçı anlasın ki, televiziyaya hər adam çıxa bilməz. Bu da artıq televiziyanın üzərindədir. İnternetdə hər şey yayıla bilər. Amma o insanların efirə çıxmağa ixtiyarı yoxdur.