news Image
2019.03.26
21:30
| A A A
“Qarabağı unudub, başımızı şou-bizneslə qatmışıq” - Səidə Sultan

“Məncə, bilərəkdən bu milləti acizləşdirirlər, görməmişləşdirib, savadsızlaşdırırlar”.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan İnstaqramda yazıb.

“Bu millətin kökü, qəhrəmanlar yetişdirmiş tarixi var. İndi isə üzdən iraqlar bu millətin dırnaq arası qəhramanlarına çevirilib. Qarabağı unudub, başımızı şou-bizneslə qatmışıq. Tək mənə yox, hamımıza aiddir. Azərbaycanın tarixinə, ədəbiyyatına, musiqisinə, vətəninə, millətinə hörmət etməliyik! Bu, millət olaraq bizim borcumuzdur. Bu gün tariximizi də, ədəbiyyatımızı da, musiqimizi də tapdaq altına atmışıq! Bu gün düşmənlərimiz Azərbaycan musiqisini bizdən yaxşı təmsil edir. Azərbaycan milizmasını, biz azərbaycanlılardan yaxşı çatdırır! Biz isə öz musiqimizi zövqü olmayan, efirlər üçün ac olan, bəzi özünə müğənni deyənlərin sayəsində itiririk” deyə, Səidə bildirib.