news Image
2012.05.03
17:11
| A A A
İbonun oğlu İdoya anası qadağa qoyub
“Səs olaraq İbrahim bəyin yanına yaxınlaşa bilməz”

Məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Derya Tuna albom çıxarmağa hazırlaşan oğlu İdoya ultimatum göndərib. Movqe.Az xəbər portalının məlumatına görə, son vaxtlar İ.Tatlısəsin həyat yoldaşı Ayşegül Yıldız ilə yaşadığı problemlərə görə çətin günlər keçirən D.Tuna, alış-veriş edərkən jurnalistlərə yaxalanıb və onların suallarını cavablandırıb. O, jurnalistin ona ünvanladığı sualına cavab verərkən oğlu İdo haqqında bunları deyib: "Uşaq yalnız musiqi və söz yazarıdır. Yoxsa göründüyü kimi mahnı oxuduğu, filan yoxdur. Atası icazə verərsə, İdo da səhnəyə çıxa bilər. Könüllü nə istəsə onu edə bilər, amma daha durub atası İbrahim bəy var olduqca, hara?... O, heç İbrahim bəy kimi mahnıları şərh edəbilər? Səs olaraq İbrahim bəyin yanına yaxınlaşa bilməz", - D.Tuna söyləyib.


Fuad Mədətov

Movqe.Az