Əlaqə Arxiv
news Image
2019.04.01
21:44
| A A A
“Vallah, bilmirik o, kişidir, yoxsa qadındır?” - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov və əməkdar artist Sevda Ələkbərzadə AzTV-də yayımlanan “Gün başladı” proqramının qonağı olub.

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı Xədicə Sənanqızı Sevda haqda ilk təəssüratlarını bölüşüb. O, “Sevdanın səsi öyrəşdiyimiz səs deyildi. İlk dəfə qulaq asanda axtarırdım ki, bu qızdır, yoxsa oğlandır?” deyə, bildirib.

Murad isə zarafatla üzünü Sevdaya tutaraq “İnsan üçün ən yüksək göstərici onun hansı cinsiyyətə aidiyyətinin olmamağıdır. Düşün nə qədər yüksək pillədəsən ki, tamaşaçılar deyir, vallah, bilmirik o, kişidir, yoxsa qadındır?” deyə, fikirlərini söyləyib.

Qeyd edək ki, proqramda Elmira Ələkbərzadə və qardaşı qızı da qonaq olub.

Sizin Reklam Yeriniz