news Image
2012.05.03
17:35
| A A A
“Vətənimdir Azərbaycan” müğənniləri bir yerə toplayacaq
28 May Respublika Günü münasibətilə konsert proqramı keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 28 May Respublika Günü münasibətilə "Vətənimdir Azərbaycan" adı altına konsert proqramı keçiriləcək. Movqe.Az xəbər portalının məlumatına görə, Heydər Əliyev Sarayında keçirirləcək bayram konsertində ölkənin ən tanınmış sənətçiləri iştirak edəcək. Belə ki, konsertdə xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Ağadadaş Ağayev, əməkdar artistlər Aygün Hümbətova, Cavanşir Məmmədov, Firuzə İbadova, Lalə Məmmədova, Abbas Bağırov, Almaz Ələsgərova, Ənvər Sadıqov, müğənnilər Nüşabə Ələsgərli, Elnur Məmmədov, Ayaz Qasımov, Səfurə Əlizadə, Xəyyam Nisanov, Sevda Yəhyayeva, Nicat Məhərrəmov, Rəşad İlyasov, "Şeron" qrupu, Natəvan Həbibi, Zamiq Hüseynov, Elton Məmmədov, Nurlan Növrəsli, Ramal İsrafilov, Murad Sadıx, "Asiman" rəqs qrupu iştirak edəcəklər.

Qeyd edək ki, konsert mayın 28-də saat 19:00-da başlayacaq. Artıq satışda olan biletlərin qiyməti 10-30 manatddır.

Fuad Mədətov

Movqe.Az