news Image
2019.04.04
15:00
| A A A
"Yaxşı kişinin arvadı qaçmaz" - Tolikdən ailəsi dağılan müğənniyə SƏRT CAVAB - FOTO
Niyə bir xanım müğənni götürüb yanında tanıtdırmırsan? Necə ki, Pərviz Bülbülə, Vasif Əzimov və bir çoxları edir. Movqe.az Mlli.Az-a istinadən xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda Rəvan Qarayevə müraciət edib. Rəvan Tolikin sualını "Ürəyimdən gələn sualı verdin. Çünki əziyyət çəkəcəm, repertuar hazırlayacam. 1 il yarım, 2 ildən sonra çıxıb gedəcək, əziyyətim də qalacaq belə. Ə, bu hara getdi, kim gördü onu, hardadır o? Bu, dəfələrlə müxtəlif ifaçıların başına gəlib" sözləri ilə cavablandırıb. Aparıcı-prodüser müğənninin cavabına "Belə bir misal var: "Yaxşı kişinin yanından arvadı qaçmaz". Sən də elə elə ki, müğənni yanında qalsın. Pulunu ver, getməsin" ifadəsi ilə kəskin reaksiyasıyla diqqət çəkib. Xatırladaq ki, Rəvan Qarayev iki dəfə ailəli olub. Hər iki həyat yoldaşından ayrılan müğənninin bu izdivacdan iki övladı var.