news Image
2012.05.03
18:57
| A A A
“Fetih 1453” bədii filmi “Fetihden Sonra” adlı serialı ilə... – EKSKLÜZİV - VİDEO - FOTO
Büdcəsi 17 milyon dollar olan “Fetih 1453” filminin serial çəkilişləri başlayıb

Türkiyə kino tarixinin ən çox izlənilən filmi olan "Fetih 1453" bədii filmi yeni yayım dönəmində "Fetihden Sonra" adlı serialı ilə gəlir... Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun fəthindən bəhs edən  Fərrux Aksoy imzalı "Fetih 1453" filmi hələ yayımlanmamış səs-küyə səbəb olmuşdu. Təkcə anonsu 24 saat ərzində 1 milyon 670 min adam tərəfindən izlənilən və fevralın 16-da tamaşaçıların ixtiyarına veriləndən sonra da qazandığı büdcəsiylə kinoteatrlarda izdiham yaratmışdı. Xarici ölkələrdə də böyük maraqla izlənilən film, Türkiyədə 10 həftədə 6 milyon 448 min 663 adam tərəfindən izlənildi və cəmi 55 milyon 87 min 998 TL gəlirə sahib çıxdı. Filmin həm prodüserliyini, həm də rejissorluğunu öhdəliyinə götürən F.Aksoy və böyük qardaşı Fatih Aksoy bu günlərdə filmin "Fetihden Sonra" adlı serialının üzərində çalışırlar.


Ümumiyyətlə, 3 ildə tamamlanan filmin serial versiyasının rejissorluğunu yenə Fərrux Aksoy üzərinə götürüb. "Fetihdən Sonra" serialı yeni yayım dövründə "Show TV"də ekrana gələcək.160 dəqiqəlik film, 4 hissəli olacaq və 5-ci hissədən etibarən də çəkilən yeni hissələr ekrana gələcək. Fateh Sultan Məhməti yenə İnqilab Evinin canlandıracağı serialda, filmin finalında həyatda qalan Dilək Sərbəst, Şahika Koldəmirin də aralarında olduğu sənətçilər serialda da rol alacaqlar.


Qeyd edək ki, büdcəsinin 17 milyon dollar olduğu gündəmə gələn filmin keçən aylarda "Show TV"yə 2 milyon TL-yə satıldığı bildirilib.


Fuad Mədətov

Movqe.Az


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs