news Image
2019.04.15
20:33
| A A A
“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik” - Dilarə Əliyeva

“Biz 1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Gətirdi hamımıza nişan konfeti payladı. Onu aparıb qoydum yastığımın altına. Subay qızıq axı, hamımıza maraqlıdır o fallar. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda gördüm”.

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu “Söhbət var” proqramında deyib. Aparıcı daha sonra həyat yoldaşı Oqtay Əliyevanı ilk dəfə görməsindən söz açıb:

“Yuxudan durdum, bacıma dedim ki, yuxuda kök, saqqalı bir dənə oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra institutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə oldu, elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.