news Image
2012.05.04
10:11
| A A A
Milli şou-biznesin mehriban cütlükləri – FOTO
Müğənni Fərhad Bakinskinin qızı Xana Bakinskaya da yarını tapıb

Azərbaycan şou-biznesinin tanınmış simalardan olan, amma yaradıcılıq fəaliyyəti fasilələrlə davam etdirən müğənni Fərhad Bakinskinin qızı Xana Bakinskaya da yarını tapıb. Movqe.Az xəbər portalının məlumatına görə, X.Bakinskayanın yarının adı Fərhad Vahabovdur. Cütlük artıq bir neçə aydır ki, tədbirlərdə bir yerdə görünürlər. Həmçinin, keçən il payız aylarında keçirilən "Azəri Top-Model" müsabiqəsinin iştirakçısı olan X.Bakinskaya ilə F.Vahabov birgə müsabiqəyə gəlirdilər. Ümumiyyətlə, cütlük tədbirlərdə tez-tez səmimi  v mehriban münasibətdə görünürlər.

Bundan başqa, Xana ilə Fərhad qonaqlıqlarda və müxtəlif məkanlarda mehribancasına çəkdirdikləri şəkilləri "Facebook" sosial şəbəkəsində öz səhifələrində yayımlayıblar.

Diqqəti çəkən məqam isə Xananın atasıın adı ilə yarının adı eyni olmasıdır.

Qeyd edək ki, X.Bakinskaya 1992-ci ildə dünyaya gəlib. O, həm fotomodel, həm də ifaçı kimi tanınır. Xana "Eurovision Azərbaycan" mahnı müsabiqəsinin seçim turlarında da iştirak edib.

Fuad Mədətov

Movqe.Az



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs