Əlaqə Arxiv
news Image
2019.05.17
01:46
| A A A
"Eurovision- 2019": Çingiz Mustafayev finalda
Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Eurovision" mahnı müsabiqəsinin final mərhələsinə çıxıb. Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında "Truth" mahnısını ifa edib.Azərbaycanla yanaşı, daha 9 ölkə - Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri müsabiqənin ikinci yarımfinal mərhələsində uğur qazanaraq final mərhələsində çıxış etmək hüququ qazanıblar. Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib. Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 18-də keçiriləcək.
Sizin Reklam Yeriniz