Əlaqə Arxiv
news Image
2019.05.18
18:07
| A A A
"Çəkdiyim əziyyət, stress 3 dəqiqə üçün idi" - Çingiz

"Eurovision 2019" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev video müraciət ünvanlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılardan səs istəyib:

"3 ay tez gəldi keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi 3 dəqiqəyə görədir. Bu 3 dəqiqə gəlib çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin".

Qeyd edək ki, "Eurovision"ın finalı saat 23:00-da İTV-də canlı yayımlanacaq. Çingiz "Truth" mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq.

Sizin Reklam Yeriniz