Əlaqə Arxiv
news Image
2019.05.21
14:07
| A A A
Səfurə üçüncü dəfə ana oldu

"Eurovision" təmsilçilərimizdən olan Səfurə Əliyeva üçüncü dəfə ana olub.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan keçmiş müğənninin oğlu dünyaya gəlib.

Cütlük övladına Natiq adını qoyub. Körpə bu gün səhər saatlarında dünyaya gəlib. Səfurə oğlunu Türkiyədə doğub.

Qeyd edək ki, Fərhad və Səfurə cütlüyünün İsgəndər adlı oğlu, Aişə adlı qızı var.

Sizin Reklam Yeriniz