Əlaqə Arxiv
news Image
2019.05.23
21:38
| A A A
Nəsib Nurun verilişinin yayımı dayandırıldı

Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan “Anşlaq” verilişi yayımını dayandırıb. Movqe.az axsham.az-a istinadla xəbər verir ki, tanınmış incəsənət nümayəndələrinin qonaq olduğu veriliş ötən ilin sentyabrından efirə gedirdi. Verilişin bağlanması ilə yanaşı, N.Nurun işdən çıxarıldığı da bildirilir. Məsələ ilə bağlı AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a açıqlama verib: “Nəsib bəy AzTV-dən ayrılmayıb. Sadəcə, verilişin yayım müddəti başa çatıb. Onun AzTV-dəki fəaliyyəti davam edir. Tezliklə yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq”.

Sizin Reklam Yeriniz