Əlaqə Arxiv
news Image
2012.05.04
13:41
| A A A
O, əvvəl qadına, indi isə kişiyə müraciət edib – FOTO
“Kaş”ki bu işimdə uğurlu ola

İddialı gənc müğənni Zarina Məmmədova qısa fasilədən sonra növbəti klipini çəkdirir. Zarinanın Movqe.Az xəbər portalına verdiyi məlumata görə, o, "Sevmə ürək" klipindən sonra repertuarında sevilən "Kaş" adlı mahnısına klip çəkdirir.

Musiqisi Rəhim Rəhimliyə, sözləri Alovlu Ülviyyəyə məxsus "Kaş" mahnısını lentə alan rejissor Nail Naiboğlu olacaq. Bu yaxınlarda başlayacaq çəkiliş prosesi 3 məkanda aparılacaq. Sadə süjet xəttinə üstünlük verən müğənni növbəti işinin də uğurlu olacağına inanır: "Azərbaycanda ilk klipimi peşəkar rejissor Elnaz Əbluc çəkdi. İkinci işimi isə Nail Naiboğluna etibar etdim. "Kaş"ki bu işimdə uğurlu ola", Zarina dedi.

Fuad Mədətov

Movqe.Az







Sizin Reklam Yeriniz