news Image
2019.05.24
21:24
| A A A
Meyxanaçı "Pozğun" sözünü kimlərə dedi?

Meyxanaçı Aqşin Fateh sənət adamları ilə bağlı qalmaqallı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, "5/5" verilişinə qonaq olan sənətçi həmkarlarının İnstaqram paylaşımlarını, bahalı həyat tərzi göstərmələrini tənqid edib:

"Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. 85 faizi yeməyini, maşınını, bağını İnstaqramda reklam edir. Hamiləni, kasıbı, acı, aşağı səviyyədə yaşayan insanları nəzərə almırlar. Demirlər ki, bu gün özümü göstərirəm, kimsə baxıb deyər, bəxtəvər bunun başına.

Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları baxıb müğənniyə ibrət götürürlər".

Proqramda qonaq olan müğənni Nazənin isə "Aqşinə hələ tezdir müğənnilər haqda danışmaq. Elə dəyərli sənət adamları var ki... Aqşinin sözləri ilə qismən razıyam. Bunların günahkarı biz və televiziyalardır. Həmin pozğun adamları elə televiziyalar təbliğ edir" sözlərini söyləyib.