Əlaqə Arxiv
news Image
2019.06.07
14:41
| A A A
Azərbaycanlı məşhur 50 min dollarlıq TƏKLiFi RƏDD ETDİ - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənov (Quseyn Qasanov) külli miqdarda puldan imtina edib.

Milli.Az xəbər verir ki, bu barədə "Hər şey daxil"də Sevil-Sevinc bacıları məlumat verib.

Bacıların bildirdiyinə görə, məşhur videobloqer 50 min dollarlıq təklifi rədd edib. Səbəbini belə izah ediblər:

"Bu söhbət mənim yanımda olub. Hüseyn Həsənova kazino reklamı gəldi. 50 min dollar pul təklif etdilər, o, razılaşmadı. Kazinonun reklamına razılıq vermir. Çünkü, orada təbliğat aparılır. Yəni, gəncləri düz yola istiqamətləndirməkdənsə, əyri yola aparacaqdı".

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) bu açıqlamaya "Sağol, Hüseyn. Sənə halal olsun!"sözləri ilə reaksiya verib.

Sizin Reklam Yeriniz