news Image
2019.06.10
20:51
| A A A
"Tellini çimərlik geyimində təsəvvür etmirəm"

"X maqazin" tanınmışlar arasında "Kimi çimərlik geyimində təsəvvür etmirsiz" sualı ünvanlayıb.

Axşam.az-ın məlumatına görə, onların əksəriyyəti aşıq Telli Borçalı və Əli Tapdıqoğlunun adını çəkib.

"Tellini çimərlik paltarında təsəvvür etmirəm. Otursun, xəngəl yesin, amma çimərlik paltarında yox" deyərək, Əməkdar artist Vasif Məhərrəmli deyib.

Müğənni Aynur Dadaşova, Kərim Abasov, Elnarə Xəlilova da aşıq Telli Borçalının adını çəkib.

Bir çoxları isə aşıq Əli Tapdıqoğlunun adını çəkib. Onlar arasında Elton Hüseynəliyev, Günay İbrahimli, Mətanət İsgəndərli yer alıb.