Əlaqə Arxiv
news Image
2019.06.11
14:14
| A A A
"Şəhərdə qızlar şortik yox, tuman geyinirlər" - Nadir

"Biznesmenin gənc sevgilisi olur. Gedib, yeyib-içirlər. Qarşılığında isə deyir, məni ulduz et. Sabah bu qadın artıq ulduzdur. Çoxu belə gəlib sənətə. Karaokedə oxuyur, səsi özünə xoş gəlir və sabah müğənni olur".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində deyib. Sənətçi yeni ifaçılığa gələnləri tənqid edib.

Nadir sənət adamlarının geyimlərini qınayanlara cavab verib:

"Axşamlar şəhərə çıxın, görün nələr baş verir. Şortikdən keçiblər, artıq tumandadırlar. Şortik qısa olur, bunlarda daha betərdi. Alt paltarı geyinirlər. Onu bir az uzatsanız nə olacaq? Ondansa, lüt gəzin, bir az hava dəysin".

 

Sizin Reklam Yeriniz