Əlaqə Arxiv
news Image
2019.06.12
20:04
| A A A
"Toya getməsəm, atamın dərmanını ala bilmərəm"

"Səhər-səhər" verilişində ritmiq mahnı oxuyan Əməkdar artist Mətanət İsgəndərliyə aparıcı Elgiz Əkbər irad bildirib.

Axşam.az-ın məlumatına görə, Elgiz bildirib ki, efirdə ritmiq mahnının səslənməsini xoşlamır. "Verilişdə belə oxyanda, toyxanaya oxşayır" sözlərinə müğənni əsəbiləşib:

"Bir nəsli saxlayıram. Toya getməsəm haradan qazanım? Pul tökür, mahnı aranjiman etdirirəm. Toya getməsəm, atamın dərmanlarını ala bilmərəm. Qardaşım şəkərdi, təzyiqi var, balaları həe gün kağız göndərir ki, dərmanları al. Hardan alım? 500-dən çox mahnım var. Var-dövləti altıma yığmamışam, hamısını mahnıya vermişəm. Boğazımdan kəsir, mahnıya verirəm".

 

Sizin Reklam Yeriniz