Əlaqə Arxiv
news Image
2019.06.13
11:50
| A A A
“Onların çirkin oyunlarından xəbərim var”

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Sənətçi İnstaqram-da status yazaraq şou-biznes üzvlərini tənqid edib:

"O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı? Bu qədər ucuz olmaq asandır? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. Hazırda nə onların çirkin oyunlarından, nə torba tikdikklərindən, nə də ki, etdiyi çirkin əməllərdən xəbərim olur.

Ümumiyyətlə sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Ha onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq".

Sizin Reklam Yeriniz