Əlaqə Arxiv
news Image
2019.06.24
21:24
| A A A
“Gəlinim mənə “siz” deyir, ondan ötrü ölərəm” - Nisə Qasımova

“Övladlarım, nəvələrim, gəlinim o qədər tərbiyəlidir ki, gələcəklərini düşünürlər. Mənə “siz” deyə, xitab edirlər”.

Axşam.az xəbər verir ki, bu sözləri “X maqazin” verilişinə Xalq artisti Nisə Qasımova deyib.

O, gəlinini və övladlarını tərifləyib:

“Deyirlər ki, toylara, şou-proqramlara getməyin. Gəlinim adama qulluq etmir, pərvanə kimi ətrafımızda fırlanır. Birinci biz gəlini sevməliyik. Gəlinimi çox istəyirəm, ondan ötrü ölərəm. Oğluma çox yaxşı baxır, təkcə həyat yoldaşı yox, həm də dostdur. Əvvəl anamla danışmaq üçün evə qaçırdım, indi isə gəlinimi görmək üçün bunları edirəm. Yemir məni yedirdir, geyinmir məni geyindirir. Evin büdcəsindən artıq pul qalanda onu mənə xərcləyir”.

Sizin Reklam Yeriniz