Əlaqə Arxiv
news Image
2019.06.27
13:45
| A A A
Aygün: "Pərvini Kənana qısqanmıram"

"Türkiyəyə gəzməyə gedirik. Kənan da buradadır, yeni mövsümdə qayıdacaq ora. Kənanın işlərinə qarışmıram. Onun şou-biznesdəki insanlarla münasibətinə, qalmaqallarına, gördüyü işlərinə qarışmıram. Ailəmdir, bir yana. Amma şəxsi işlərinə qarışmıram".

Movqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aygün Mahmudova "5/5" verilişində deyib. O, rejissor-aktyor həyat yoldaşı Kənan M.M.-lə bağlı sualları cavabsız qoyub. Aygün bildirib ki, ailəsi ilə bağlı məsələləri danışmağı xoşlamır.

Sənətçi aktrisa Pərvin Abıyeva ilə Kənan haqda çıxan şayiələrə də münasibət bildirib. O, aparıcısının "Sənə halaldır. Pərvini Kənana qısqanmırsan" sözlərinə belə cavab verib:

"Yox, ayıb deyil... Pərvini tanıyıram. Qısqanmaq yoxdur...".

Qeyd edək ki, Pərvin Kənananın lentə aldığı üç filmdə rol alıb. Onlar "Maşın" şouda iştirak edərkən yaxın münasibətləri müzakirələrə səbəb olmuşdu.

Sizin Reklam Yeriniz