news Image
2019.06.27
13:55
| A A A
Murad Arif müğənnilər haqda GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR

"Bəzi mahnıları eşidəndə mənə elə gəlir ki, onun ifaçısı adi gigiyena qaydalarına riayət etmir. Bu adamdan mütəmadi olaraq tər iyi gəlir, nəfəsi də təravətsizdir..."

Movqe.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Bayağı mahnı ifaçılarını tənqid edən sənətçi hesab edir ki, onlar şəxsi həyatında da çirkinliyi təbliğ edir:

"Zibili küçəyə atır, liftdə tüpürür, ictimai yerdə ucadan danışır, uşağını çırpır və sair... Yəqin ki, əlaqələndirməm yanlışdır. Amma musiqinin üslubu həqiqətən də adam haqda təsəvvür yarada bilir. Sizə tanışdır bu hisslər?"