Əlaqə Arxiv
news Image
2019.07.08
20:55
| A A A
Namiq Qaraçuxurlu Tolikə ƏSƏBİLƏŞDİ: Sən belə paylaşımlar edəndə... - VİDEO

ARB telekanalının 2019 - İmadəddin Nəsimi ili bağlı şou-biznesin məşhur simaları arasında keçirdiyi sorğu qalmaqala səbəb olub.

Milli.Az xəbər verir ki, Tarix Əliyev (Tolik) Nəsiminin olum-ölüm tarixini bilməyən məşhurların sözügedən kadrlarını sosial şəbəkə hesabından paylaşaraq "Amma hamı Nəsimidən danışır. Niyə belədi bizdə? Hamı Nəsimi şünaslardı. Hətta Elza da bilmə, amma konsert elədi ki, Nəsimi ilidir" yazıb.

Tolikin bu sözlərinə ilk etirazını bildirən Namiq Qaraçuxurlu olub. Meyxanaçı etirazını elə Tolikin paylaşımına şərh yazaraq edib:

"Nəsiminin doğum tarixin bilməmək savadsızlıq deyil. Azərbaycanın yüzlərlə dahiləri var. Ən savadlı adamlar belə onların əksəriyyətinin doğum tarixini bilməyə bilərlər. Biri Nəsimini bilər, o biri bilməz. O biri Fizulini bilər digəri bilməz. Bunun savadla heç bir əlaqəsi yoxdur. Savad sözünü anlamayanlar və savadı olmayanlar belə şeylərlə təsəlli tapırlar. Kiminsə savad almaq vaxtı şəraiti olmaya bilər. Amma məntiqsiz olmaq insanin beyninin boş olmasından xəbər verir. Çoxları anlamır ki, sən belə paylaşımlar edəndə insanların məntiqin və savadını yoxlayırsan. Təəssüf ki, bəziləri öz reaksiyasıyla "düşüncəsini, məntiqini və məhz savadını göstərir". Görün nə günə qalmışıq ki, artıq savad toplamaq bir yana, savadın nə olduğunu unutmuşuq!"

 

Sizin Reklam Yeriniz