news Image
2019.07.19
20:21
| A A A
Afət Fərmanqızı məşhur iş adamı ilə ailə həyatı qurub

Müğənni Afət Fərmanqızı ailə həyatı qurub.

İfaçı bu barədə öz "İnstaqram" səhifəsində məlumat verib.

O, nikah haqqında şəhadətnamənin fotosunu paylaşaraq bu sözləri qeyd edib:
"Həyatıma xoş gəldin"

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Fərmanqızının ailə qurduğu insan məşhur iş adamıdır. Bildirilir ki, xeyli müddətdir birlikdə olan cütlük bir neçə gün öncə münasibətlərini rəsmiləşdirmək qərarı verib. 

Xatırladaq ki, müğənninin daha öncə bir evliliyi olub. Onun bu izdivacdan bir oğlu var.

Movqe.az bildirir ki, sənətçi redaktor.az-a faktı təsdiqləyərək, ailə həyatı qurduğunu bildirib.
Müğənninin kiminlə ailə həyatı qurduğu isə, hələl ki, məlum deyil.