Əlaqə Arxiv
news Image
2019.08.06
19:40
| A A A
Aparıcının dənizdə batan oğlu komadan ayılıb

“Xəzər” TV-nin aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb.

Movqe.az Baku.ws-ə istinadən xəbər verir ki, aparıcı açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib:

“Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq”.

Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.

Sizin Reklam Yeriniz