news Image
2019.08.12
20:00
| A A A
“Kim məni “like” etmirsə, onu “qara siyahıya” atıram”

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə qızı Aynişan Quliyeva ilə paylaşdığı videosuyla marağa səbəb olub.

Movqe.az xəbər verir ki, Aynişanın zarafatla dediyi “Ana qayğısı görmürəm” sözlərinə müğənni belə cavab verib:

“Anan ölsün... Bütün günü evi yığışdıran, sənə yemək bişirən, eyvandakı gülləri sulayan kimdir? İş görməkdən öldüm. Sevə-sevə edirəm. Məni pis yerdə yaxaladın. İnstaqrama baxırdım. Kim girib hekayəmə baxmırsa, paylaşımıma bəyəni qoymursa, onu hər yerdən qara siyahıya atıram”.