news Image
2019.08.14
19:40
| A A A
Məşhur aparıcı: “Dolanışıq pulumuz güclə çıxırdı” - VİDEO

“Ata sevgisindən erkən məhrum olmuşam. Həmyaşıdlarımdan fərqli olaraq qayğısız uşaqlıq həyatı yaşaya bilməmişəm. Atam erkən rəhmətə gedib, anam 4 uşağını təkbaşına böyüdüb, ağır işlərdə çalışıb, dolanışıq pulumuz güclə çıxırdı”.

Bu sözləri tanınmış aktyor və aparıcı Vüsal Murtuzəliyev Publika.az-a müsahibəsində deyib.

Atasızlığın ona yaşatdığı məhrumiyyətlər içində böyüdüyünü deyən sənətçi bildirib ki, qızlarının hər nazı ilə oynayır və onların qayğısız böyüməsi üçün əlindən gələni edir.