news Image
2019.09.03
21:47
| A A A
"Toydakı qazancla heç nə etmək olmur"

Müğənni Elvin Abdullayev "5/5" verilişinin qonağı olub.

Movqe.az axşam.az-a istinadən bildirir ki, sənətçi toy gəlirindən danışıb. O, aparıcı Zaur Kamalın "Ev-eşik, maşın - heç biri toydan qazanılanlarla deyil. Deyirlər ki, bu gəlirlər başqa işdəndir" sözlərinə belə cavab verib:

"Bir bağ evi tikirdim, yarımçıq qalıb. Hələ də tamamlaya bilmirəm. Bizim böyük gəlirimiz yoxdur. Toydan qazandıqlarımızla böyük işlər edə bilmərik.

Böyük biznes də yoxdur. Ona görə də var-dövləti toyla yığmırlar".