news Image
2019.09.04
16:40
| A A A
Qəza törədən Məleykə Əsədova imiş?

Bu gün müğənni Mətanət Əsədovanın qəzaya düşməsi ilə bağlı xəbər yayılıb.

Axşam.az xəbər verir ki, məlum olub ki, qəza törədən Mətanət Əsədova yox, Xalq artisti Məleykə Əsədova imiş.

O, bu barədə məlumatı saytımıza açıqlamasında təsdiqləyib:

“Maşınımı möhkəm vurublar. Hadisə bir neçə gün öncə günorta saatlarında olub. Həmin an kəmərimi taxdığım üçün heç burnum da qanamayıb. Hər dəfə evdən çıxanda dua edirəm, Allah məni qorudu. Maşınım isə pis gündədir”.