Əlaqə Arxiv
news Image
2019.09.15
20:17
| A A A
Zaurun hamilə sevgilisi ilə toyudur?

Aparıcı Zaur Nəbioğlu ikinci dəfə ailə qurur.

Movqe.az Axşam.az-a istinadən bildirir ki, o, bir müddətdir Jalə adlı xanımla qeyri-rəsmi nikahda yaşayır. Zaurun xanımı 4 aylıq hamilədir. Məhz buna görə, cütlük kəbin kəsdirmək qərarına gəlib.

Onlar rəsmi nikaha girməsə də, bu gün şəhər restoranlarından birində məclis edirlər. Kiçik qonaqlıqda qızın yaxınları, dostları yer alırlar. Məhərrəmlik ayı olduğu üçün cütlük təmtəraqlı toy etməyib.

Qeyd edək ki, Zaur 2018-ci ilin aprelində qohumu olan xanımla ailə qurmuşdu. Aparıcının yanvarda qızı doğulmuşdu. Zaur bu ilin martında həyat yoldaşından boşanıb.

Məsələ ilə bağlı Z.Nəbioğlu ilə əlaqə saxladıq. O, toyunun olmadığını, sadəcə doğum günündə iştirak etdiyini bildirdi.

Sizin Reklam Yeriniz