Əlaqə Arxiv
news Image
2019.09.26
20:43
| A A A
“Niyə subay qalmalı idim ki?”

Əməkdar artist Nüşabə Ələsgərli “Xəzər” TV-də yayımlanan “5/5” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı saç düzümü və geyimi ilə aparıcı Zaur Kamalın diqqətini çəkib.

O, “Pendiri dəri saxlar, arvadı əri” atalar sözü ilə Nüşabənin gözəl göründüyünə işarə etmək istəyib. Lakin bundan xəbərsiz olan müğənni “Pendiri duzu saxlar, arvadı özü” deyə, bildirib.

Bu zaman Zaur “Onda, niyə ərə gedirdin? Özün-özünü saxlaya bilmirdin?” sualını ünvanlayıb.

“Niyə subay qalmalı idim ki? Allah heç kimin tək olmağını istəmir. Heç vaxt tək qalmamışam. Qadın özü-özünü saxlamalıdır” sözləri ilə N.Ələsgərlinin cavab verib.

Sizin Reklam Yeriniz