Əlaqə Arxiv
news Image
2019.09.28
22:52
| A A A
Elza Seyidcahanın bu paltarını kürəkəni tikibmiş

Əməkdar artist Elza Seyidcahan kürəkəni ilə bağlı maraqlı etiraf edib.

Axşam.az xəbər verir ki, müğənni Heydər Əliyev Sarayında geyindiyi libaslardan birini kürəkəni Elxanın tikdiyini deyib.

"Elxan bunu deməyimi istəmir. Xoşu gəlmir bu haqda danışanda. Amma etiraf edim ki, çox gözəl tikib. Anası dərzi olub, ona da qabiliyyət oradan keçib. Elxan tikiş maşını istədi, ən bahalısını aldı. Baxsan paltara, heç deməzsən əl işidir" deyə, Seyidcahan söyləyib.

Elxan isə ilk əl işi olduğunu söyləyib.

 

Sizin Reklam Yeriniz