Əlaqə Arxiv
news Image
2019.09.30
21:17
| A A A
“Bir-birimizin konsertinə getmirik, mədəniyyətdən danışırıq”

“Mədəniyyəti bir insan yaşatmır, dəyərli sənətkarlar yaşadır. Bir-birimizin konsertinə getmiriksə, dəstək olmuruqsa, hansı mədəniyyətdən, birlikdən, cəmiyyətdən, töhfədən danışırıq?”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Ağayeva “X maqazin” verilişinə müsahibəsində deyib.

O, pul ödəyib, efirə çıxan ifaçıları tənqid edib:

“Hər şey pulla ölçülmür. Özfəaliyyətdə yaşayan, danışığından, özündən xəbəri olmayan insan cibində pulla efirə gəlir, keyfim nə istəyir edirəm deyir. Azadlıq anarxiya demək deyil”.

Sizin Reklam Yeriniz