news Image
2012.05.07
13:10
| A A A
Cin: “Azərbaycanda elə bir səviyyəli komandaya sahibəm ki...”
O, şou-biznesdə öz işini görür

Bəstəkar, aranjemançı və müğənni Ceyhun Zeynalov (Cin ləqəbi ilə tanınır) yeni musiqi albomunu hazırlayır. Bu barədə Movqe.Az xəbər portalına C.Zeynalov özü deyib. O, yeni albomuna daxil olacaq mahnıların müxtəlif musiqi janrlarında səsləndirəcəyini söylədi: "Hazırda öz albomum üzərində çalşıram. Çox güman ki, albomda 10 mahnı olacaq. Bəzi musiqi janrlarına (R&B, reqqi) müraciət edəcəyəm. Bundan başqa, ola bilsin ki, bəzi mahnılarda muğamdan da istifadə edim. Albomu bu il ərzində tamamlamaq fikirindəyəm. Azərbaycanda elə bir səviyyəli komandaya sahibəm ki, albomu ölkəmizdə problemsiz hazırlaya biləcəyəm", - C.Zeynalov dedi.

O, ifa etdiyi mahnılara klip çəkdirəcəyini də bildirdi: "Yeni ifa etdiyim "Yağış" mahnısına sentyabr ayında klip çəkdirməyi planlaşdırmışam. Amma bu mahnıdan əvvəl sözləri və musiqisi özümə aid olan "Dəniz" mahnısına klip çəkdirəcəyəm. Klipi Rafiq Hacıyev çəkəcək".

Fuad Mədətov

Movqe.Az