news Image
2019.10.10
14:11
| A A A
“Sədərək” ticarət mərkəzi sökülür - VİDEO

Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində söküntü işlərinə başlanılıb.

Mövqe.az Bizimyol.info-ya istinadla xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb.

Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.

Söküntü ərazisindən hazırlanan videoreportajı təqdim edirik: