Əlaqə Arxiv
news Image
2019.10.10
20:45
| A A A
“Aysuna 197 minlik səs vermişəm” - Rəqsanə

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın "Maşın" şoudan getməsini tənqid edib.

Axşam.az xəbər verir ki, sənətçi İnstaqramda canlı yayıma girərək, sualları cavablandırıb. O bildirib ki, oyunda saxtakarlıq edilib:

"Hamı məni qınayır ki, qızına səs verməmisən. Aysuna çox gözəl səs vermişəm. Övladımı məndən çox istəyəcəksiniz? Oyunun gözəl qaydaları var, hər şeyi açıqlamaq olmur. Ortalıqda hörmət var. Aysun safdır, bicliyi yoxdur. Məcid kimdir, tanımıram. Birinci gün Aysun Məcidin getməsinə səs istədi. Allah şahiddir ki, 1500 manat Məcidin getməsinə səs verdim. Reklam fasiləsində Aysun oranın işçilərindən mənə xəbər göndərdi ki, Məcid oyunda qalmalıdır. Mən də Məcidin qalmasına səs verdim. Məcid kimdir ki, ona səs verim? Halal etmirəm.

Bu gün Ramala da səs vermişəm, halal xoşu olsun. Çeklərim də durur. Özüm Aysuna 197 min rubl xərcləyib, səs vermişəm. 4-5 min manat edir. Məcid oyundan yaxşı oldu getdi. Aysun oyuna qatılmazdan əvvəl dedim ki, sən safsan, oyunda baş çıxara bilməyəcəksən. İki dəfə orada olmuşam, kişi qızı kimi oynadıq. Sonra dəfələrlə istədilər, getmədim. Ən gözəl vaxtlarında oyunda olmuşam.

Aysunla bir oğlan prinsip aparıb. Oyunda olan adam deyil. Aysun bir şeyin qurbanı olub. Aysuna elə maşın qurbandır, nə istəsə ona edən anayam. Məcid uşağımın hisləri ilə oynadı".

 

Sizin Reklam Yeriniz