Əlaqə Arxiv
news Image
2019.10.11
21:29
| A A A
Şəbnəm Tovuzlu izləyicisini tənqid etdi: "Düşüncəsiz olmayın" - FOTO

Müğənni Şəbnəm Tovuzlunun paylaşdığı video qalmaqala səbəb olub.

Mövqe.az ölkə.az-a istinadən bildirir ki, ifaçı balaca qaraçı qız ilə bağlı "İnstagram" səhifəsində video yayımlayıb.

Görüntüdə uşaq müğənninin mahnısını ifa edir. Şəbnəm videosunu belə şərh edib:

"Bu videonu mənə canım həmkarım Gülay yollayıb ki, Şəbiş bax bu qaraçı qız necə oxuyur".

İzləyicilərdən biri isə ifaçının uşağa qaraçı deməsinə hiddətlənib:

"Mən sadəcə gün ərzində dinlənən bir müğənninin qaraçı deyə yazdığı sözünü anlamıram", - qeydini edib.

İfaçı isə buna əsəbləşərək:

"Niyə? Qaraçı pis sözdür? Qaraçı milləti var. Düşüncəsiz olmayın", - izləyicisinə cavab verib.

Sizin Reklam Yeriniz