Əlaqə Arxiv
news Image
2012.05.07
14:56
| A A A
Təhminə “Hollywood” ulduzu ilə görüşüb – FOTO
“Hollywood” ulduzu Lorenzo Lamas filmə çəkilmək üçün Türkiyəyə gəlib

Türkiyənin məşhur müğənnisi və aktrisası Meral Konrat son görüntülərini yayımlayıb. Movqe.Az xəbər portalının məlumatına görə, M.Konrat tədbirlərin birində görüşdüyü dünyanın məşhur "Hollywood" ulduzu Lorenzo Lamas, Türkiyənin tanınmış aktyoru Ümid Yalaza, o cümlədən Selma Yalaza adlı xanımla və ortaq dostları olan digər bir xanımla çəkdirdikləri şəkilləri sosial şəbəkədə öz səhifəsində yayımlayıb.

Məlumat üçün bildirək ki, "Hollywood" ulduzu L.Lamas "Yalan Dünya" adlı filmdə rol almaq üçün Türkiyəyə gəlib. O, M.Konratla İstanbulda keçirilən möhtəşəm tədbirlərin birində rastlaşıb.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı M.Konratı "Təhminə" bədii filmindən Təhminə rolundan tanıyır.

Fuad Mədətov

Movqe.Az


Sizin Reklam Yeriniz